Rövnəq Abdullayev vəd verdi

img

08-12-2014 [14:44]


Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan neftçilərinin peşə bayramı və "Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə ölkənin neft sənayesinin inkişafında, həmçinin "Neft Daşları”nın 65 illiyi münasibətilə yatağın işlənməsində xidmətlərinə görə təltif olunmuş neftçilərlə dekabrın 8-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) görüş keçirilib.

Ölkə başçısının Azərbaycan neftçilərinin əməyinə hər zaman yüksək qiymət verdiyini deyən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevin onların qarşısına qoyduğu vəzifələri fədakar əməkləri ilə daim yerinə yetirəcəklərinə əminliyini ifadə edib. Neftçilərin ölkəmizin neft sənayesinin adını daha da yüksəklərə qaldırmaq üçün əllərindən gələni edəcəklərini qeyd edən R.Abdullayev onların bundan sonra da üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini bildirib, neftçilərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Mərasimdə təltif olunmuş neftçilərə mükafatları təqdim edilib(azertag.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA