08-12-2014 [13:17]
Bir vaxtlar Azərbaycan müxalifəti arasında "ana müxalifət” partiyası olmaq uğrunda mübarizə gedirdi. Hətta son zamanlara qədər Müsavat və AXCP-nin "ana müxalifət” olmasını qəbul edənlər də vardı. Lakin bu gün ölkənin aparıcı müxalifət partiyaları arasında çəkişmələrin getdiyi bir vaxtda onlar nüfuzlarını itirməyə doğru gedir. Xüsusilə, 2013-cü il prezident seçkilərindən sonra partiyaların ana müxalifət kimi tanınması aktuallığını itirdi.
Azərbaycanda yeni ana müxalifət formalaşa bilərmi?
ADP sədri Sərdar Cəlaloğlu Modern.az-a bununla bağlı fikirlərini bölüşüb: "Əvvəlcə hansı partiyaya "ana müxalifət” deyildiyini təyin edək. Elmi şəkildə yanaşsaq, politologiyada ana müxalifət çoxpartiyalı siyasi sistemdə mövcud olur, parlamentdə təmsil olunan müxalifət partiyaları içərisində ən çox mandata malik partiyaya verilən addır. Məsələn, bu gün parlamentdə 5 müxalifət partiyası var, onların içində ən çox deputat hansı partiyanındırsa, o ana müxalifətdir. Azərbaycanda demokratik seçki keçirilmədiyinə görə cəmiyyətdəki müxalif qüvələrin real nisbəti parlamentdə əks olunmur. Ona görə də klassik mənada "ana müxalifət” anlayışını təyin edə bilmərik. Azərbaycan reallığında "ana müxalifət” bu günə qədər küçə müxalifəti səviyyəsində qalır”.
Sərdar Cəlaloğlu partiyasının "ana müxalifət” ola bilməsi ehtimalları barədə belə deyib: "ADP ideologiyasına görə "ana müxalifət” ola bilər. Biz həm islamçıların, həm solçuların, həm də sağçıların lazım olanda hüquqlarını müdafiə edirik. Çalışırıq ki, onlar cəmiyyətdə özlərinə layiq yer tutsunlar. Cəmiyyətdə baş verən proseslərdə iştirak etsinlər. İndiki reallıqda maliyyə imkanlarımızın aşağı olması, parlamentdən kənar qalmağımız say baxımından "ana müxalifət” olmağımıza imkan vermir. Ona görə də "ana müxalifət” adına iddia edə bilmərik. İdeologiyamız buna imkan versə də, real obyektiv şərtlər buna imkan vermir. Azərbaycanda doğrudan da partiyaların fəaliyyətinə normal şərait yaradılarsa, biz "ana müxalifət” kimi formalaşa bilərik. Buna sübut olaraq 1996-2005-ci illərdə ADP-nın həqiqətən də cəmiyyətdə "ana müxalifət” funksiyasını yerinə yetirməsidir. 10 il ərzində bütün müxalifətdən daha ciddi və geniş mübarizə aparmışıq. Bizim partiya ilin qəhrəman partiyası elan olunub. Beynəlxalq təşkilatlarda tanınıb və sairə. Sonrakı dövrdə baş verənlər ADP-nin "ana müxalifət” statusunu itirdi. Konkret olaraq demək istəyirəm ki, yenidən şərait yaradılarsa, biz parlamentdə də, cəmiyyətdə də "ana müxalifət” rolunu üzərimizə götürə bilərik. Çünki bizim ideologiyamız buna imkan verir. Amma Azərbaycandakı bəzi partiyalar "ana müxalifət” ola bilməz. Çünki onlar faşist ideologiyasını, kommunist ideologiyasını, cinsi ideologiyanı müdafiə edirlər. Bu da onların "ana müxalifət” olmaq şanslarını heçə endirir. O tip partiyalar təkpartiyalı sistem uğrunda mübarizə aparır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi