ADİU-da “Sənaye və tələbə” layihəsinin qalibi müyyənləşdi

img

08-12-2014 [11:58]


"Sənaye ili” çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən "Sənaye və tələbə” layihəsi yekunlaşıb. 

Universitetdən Mia.az-a verilən məlumata görə, dörd mərhələdən ibarət müsabiqənin sonunda münsiflər heyətinin qərarı ilə Biznes inzibatçılığı fakültəsi qalib olub. Qalib komandaya diplom və 500 AZN pul mükafatı təqdim olunub. Biznes inzibatçılığı fakültəsinin təqdim etdiyi layihə 7-ci qrant müsabiqəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna təqdim olunacaq.

Qeyd edək ki, universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən layihədə 12 fakültənin komandası iştirak edib. Komandalar ölkənin müxtəlif yönümlü sənaye sahələrini araşdıraraq hazırladıqları təqdimatları nümayiş etdiriblər. Sahələr üzrə mövcud problemlərin həlli ilə bağlı layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA