Ramil Usubov QHT rəhbərlərini qəbul edib - SƏBƏB

img

08-12-2014 [10:44]


Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Azərbaycanın Daxili İşlər naziri Ramil Usubovla görüşüblər.

Bu barədə Report-a hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.
 
O bildirib ki, görüşün məqsədi həbsdə olan bəzi şəxslərin növbəti dəfə imzalanacaq əfv siyahısına salınması olub: "Görüş çox müsbət təsir bağışladı. Biz Leyla Yunusun, Xədicə İsmayılın, Anar Məmmədovun, İlqar Məmmədovun, "Nida"çıların və başqalarının azad olunması ilə bağlı müzakirələr apardıq. Çalışırıq ki, həbsdə olan o insanlar növbəti əfv siyashısına salınsınlar".
 
N.Cəfəroğlu Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvlərinin dekabrın 8-də Azərbaycanın baş prokurorunun birinci müavini Rüstəm Usubovla, sonra isə Baş prokuror Zakir Qaralovla görüşəcəklərini qeyd edib

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA