Sabahın hava proqnozu açıqlandı

img

07-12-2014 [18:33]


Dekabrın 8-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutlacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi 9-14 m/s, səhər və səhər arabir 23-25 m/s olacaq, axşama doğru 9-14 m/s-dək mülayimləşəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 3-5° isti,  gündüz  6-8° isti, Bakıda  gecə 3-5° isti, gündüz 6-8° isti  olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək 773  mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi  rütubət gecə 70-80, gündüz 55-65  faiz  təşkil edəcək.

Bölgələrdə havanın əsasən yağmursuz keçəcəyi,  bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub küləyinin 5-10 m/s olacağı, ayrı-ayrı yerlərdə  arabir güclənəcəyi ehtimalı var. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz  5-10° isti təşkil edəcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA