Artur Rasi-zadə məmurlarla bağlı qərar imzaladı - Dəyişiklik

img

07-12-2014 [13:18]


Baş nazir Artur Rasizadə "Azərbaycan  Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının  təkmilləşdirilməsi  haqqında” Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib. 

Nazirlər Kabinetindən verilən məlumata görə, baş nazir Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq qərara alıb: 

"Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli  bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlinin 8-ci sırasının "cəmi” və "aparat üzrə” sütunlarında  "4” rəqəmi "7” rəqəmi ilə əvəz edilsin.   Maliyyə Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.   Beləliklə, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bir sıra qurumlarda xidməti avtomobillərin say limiti 4-dən 7-dək artırılıb(Lent.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA