1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimləri haqda sərt qərar verildi

img

07-12-2014 [10:38]


Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. İclasda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı çərçivəsində insan hüquqlarının və azadlıqlarının məhkəmələrdə müdafiəsinin etibarlı təmin olunmasına xüsusi önəm verildiyi qeyd edilib. Ölkəmizin məhkəmə sisteminin bu sahədə beynəlxalq standartlara uyğun fəaliyyətinin əsas prinsipləri vurğulanaraq, əldə olunan nailiyyətlər qiymətləndirilib. 

İnsan haqlarının məhkəmə müdafiəsinin daha da təkmilləşdirilməsi, bu sahədə hakimlərin peşəkarlığının artırılması, hakimlər tərəfindən əmək və icra intizamına, qanunçuluğa əməl edilməsi səviyyəsinin qiymətndəndirilməsi, bu sahədə mövcud problemlərin aradan qaldırılması üzrə tapşırıq və tövsiyələr verilib.
 
Məhkəmə-Hüquq Şurasının iclasında digər məsələlərlə yanaşı, hakimlər barədə başlanılmış intizam icraatlarına baxılıb. İşlərə baxarkən qanunvericiliyin tələblərini pozduqlarına görə barələrində başlanılmış intizam icraatlarına baxılaraq bir neçə hakim cəzalandırlıb. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimləri Fəqan Əhmədova və Şərafət Məmmədovaya töhmət verilib. Həmin Məhkəmənin hakimi Qurban Abbasovun iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA