Nərgiz Paşayeva İngiltərədə şam yeməyində- Fotolar

img

06-12-2014 [23:05]


Böyük Britaniya parlamenti İcmalar Palatasının məşhur Çörçil zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik şam yeməyi keçirilib.

Mia.az AzərTac-a istinaədn xəbər verir ki, tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri professor Nərgiz Paşayeva, Britaniya tərəfdən həmsədr Lord German, Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, həmçinin cəmiyyətin üzvləri, Birləşmiş Krallıqda fəaliyyət göstərən Azərbaycan diasporunun təmsilçiləri və müxtəlif ölkələrin nümayəndələri iştirak ediblər.

Lord German İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri olaraq ilk dəfə ənənəvi şam yeməyində iştirak etməkdən məmnunluğunu bildirib. Cəmiyyətin Azərbaycan tərəfdən həmsədri professor Nərgiz Paşayevaya qurumun fəaliyyətinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Cəmiyyətin yaranma tarixindən bəhs edən Lord German qurumun Britaniya ilə Azərbaycan arasında dostluq və qarşılıqlı əməkdaşlığı daha da inkişaf etdirmək məqsədi daşıdığını bildirib.

Professor Nərgiz Paşayeva qarşıdan gələn yeni il münasibətilə qonaqları təbrik edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA