Ramil Usubovun yeni müavini rəislərə tapşırıq verdi - Müşavirə

img

06-12-2014 [17:57]


Dekabrın 6-da Sumqayıt şəhəri də daxil olmaqla respublikanın Şimal və Şirvan bölgələrinin, eləcə də Qubadlı, Zəngilan, Şuşa rayonlarının ərazi polis orqanlarının xidmət üzrə rəis müavinlərinin, qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumları əməkdaşlarının iştirakı ilə növbəti zona müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsində keçirilən müşavirədə cari ilin ötən dövründə aidiyyəti xidmət tərəfindən görülən işlər, o cümlədən bələdiyyə seçkiləri ilə bağlı polis orqanlarının qarşısında duran vəzifələr geniş müzakirə olunub.

Tədbirdə respublika daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyev iştirak edib.

DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyev görülən işlər və xidməti fəaliyyətdə buraxılmış nöqsanların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məruzə ilə çıxış edib.

Daha sonra mövzu ətrafında müxtəlif çıxışlar dinlənilib, müzakirə və fikir mübadiləsi aparılıb.

Polis general-mayoru İsmət Əliyev qarşıda duran əsas vəzifələrdən danışıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xidməti fəaliyyətin daha da təkmilləşdirilməsinə, vətəndaş məmnunluğunun təmin olunmasına dair tapşırıq və tövsiyələrinin ən yüksək səviyyədə və layiqincə yerinə yetirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir müavini bələdiyyə seçkilərinədək səsvermə hüququ olan bütün vətəndaşlara şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsinin, eyni zamanda, görülən işlər barədə ölkə ictimaiyyətinin mütəmadi olaraq məlumatlandırılmasının vacibliyini bildirib, bu sahədə hər bir əməkdaşdan təşəbbüskarlıq və konkret fəaliyyət, səyləri artırmağı tələb edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA