Plonkalı maşın sürən, yol polisini hədələyən general oğlu

img

06-12-2014 [12:52]


Dekabrın 5-də Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə və bölmə əməkdaşlarının iştirakı ilə paytaxt ərazisində keçirilən genişmiqyaslı reyd zamanı pərdə-plyonka ilə maşın sürən sürücü saxlanılıb.

MİA avtosfer.az-a istinadən xəbər verir ki, "KİA” markalı, 90 FF 132 dövlət nömrə nişanlı avtomobil Bakıxanov küçəsində saxlanılıb. Avtomobilə baxış zamanı məlum olub ki, bütün şüşələrə plyonka vurulub. Arxa yan şüşələrdə isə tünd pərdələr var. Yol polisi əməkdaşlarının avtomobildən pərdə-plyonkanı sökməyə çalışdığını görən gənc sürücü «məni tanımadınız, generalın oğluyam» deyərək polisə əngəl olmağa çalışıb.

Lakin jurnalistlərin çəkiliş apardığını gördükdə qaçmağa başlayıb.

DYP əməkdaşları avtomobildən pərdə və plyonkanı sökdükdən sonra nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA