06-12-2014 [12:49]
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev partiyanın mətbuat xidmətinə müsahibə verib.
- Hafiz müəlim, məlum olduğu kimi, Müsavatda Qubad İbadoğlunun tərəfdarları növbədənkənar qurultay keçirmək təşəbbüsündə bulunublar. Bu barədə nə deyə bilərsiniz?
- Öncə onu deyim ki, Müsavatda baş verənlər bu günün işi deyil. Bütün bunlar illərlə yığılıb qalmış problemlərdir. Nəhayət ki, Müsavatdakı vicdanlı insanların səsi çıxdı. Partiya yaranandan bu günə qədər İsa Qəmbərin siyasi alverlə məşğul olduğunu hamı bilirdi. Mən özü bu barədə detallı məlumata malikəm. Bu daradə qara Tofiqlə, Sülhəddin Əkbərlə, İbrahim İbrahimli ilə məsləhətləşmələrimiz oldu. Onlara da açıq dedim ki, bu adam bizim nüfuzumuzdan istifadə edərək alverə girişir. Bu, 10 il əvəlin söhbətidir. Zaman keçdi, mənim dediklərim öz təsdiqini tapdı. Sonralar Qabil Hüseynli ilə dəfələrlə söhbət eləmişik ki, bu adam siyasi alverə girişib partiyanı qurban verəcək. İsa Qəmbərin nə millət, nə dövlət, nə ölkənin müstəqilliyi maraqlandırır. Hamı İsa Qəmbərin kimliyini bilirdi. Ona görə də bir mərhələdə Sülhəddin Əkbər, İbarihim İbrahimli, Qabil Hüseynli və digərləri partiadan getdilər. Bu belə olmalıydı, oldu da. Düşünürəm ki, bundan sonra da İsa Qəmbərin xəyanətləri üzə çıxacaq. Ordan uzaqlaşanların əksəriyyəti mənim də yanıma gəliblər söhbətləşmişik. Qazax rayonundan 30-40 nəfər bizim partiyaya keçiblər. Həmin şəxslərin kimliyini də yaxın günlərdə açıqlayacağıq. Bu insanların taleyi üzərində siyasi oyun qurmaq ən böyük mənəviyyatsızlıqdır.
- Yeni başqan Arif Hacılı növbəti problemə yol açdı və istefalar davam elədi. Sizcə, niyə belə etiraz doğurdu?
- İsa Qəmbər özü kimi siyasi alverçinin birini partiyanın başına gətirdi. Qubad İbadoğlu bu məsələlərdə haqlıdır. Onlar İsa Qəmbərə saxtakarlığın olduğunu bildiriblər, amma problemi qabartmamağı tapşırılıb. Bizim hakimiyətimiz dövründə də İsa Qəmbərin pul yığanı Arif Hacıyev idi. O, çirkli bir insandır. Araşdırma aparın görün, bağları nə ilə alıb, villaları necə əldə edib, Nizami küçəsindəki dördotaqlı mənzili ona kim bağışlayıb. Bütün bunlar Müsavatdakı vicdanlı insanlara bəllidir. Ona görə hərə bir tərəfə dağılır. Məndə olan məlumata görə, yaxın günlərdə Demokratik Müsavat Partiyası adlı yeni təşkilat yaratmaq istəyirlər. Yenə də deyirəm, nə qədər ki, Arif Hacıyev İsa Qəmbər kimilər siyasi alverlə məşğul olacaq, Müsavat tamamilə məhv olacaq. Müsavatdan gedənlərlə söhbətim zamanı bildirdim ki, yeni partiaya ehtiyac yoxdur, əsl müsavatçılıq ideologiyasının daşıyıcısı olan MMP-də birləşmək lazımdır.
- Müsavat ətrafında baş verən gərginlik Əli Kərimliyə sərf edir. Sanki bu vəziyyəti öz xeyrinə istiqamətləndirmək istəyir…
- Bu, onun çoxdankı xarakteridir. Əli Kərimlinin əsas marağı odur ki, özünü ana müxalifət kimi qələmə versin, Qərbə özünü daha matah bir şey kimi satsın. Rəsulzadə ideasının daşıyıcısı olan bir partiyanın məhv olmasına sevinir ki, bundan sonra rahat şəkildə müxalifət adından çıxış edəcək. Müsavatdan çıxanların da Milli Şuraya getməsi mümkündür. Əli Kərimli bunun üçün də dəridən qabıqdan çıxır. O vaxt İsa Qmbəri Milli Şuradan kənarlaşdırdı, sonra ictimai rəydə gözdən saldı. Qərb dövlətləri də Azərbaycanda satqın axtaranda birinci Əli Kərimlinin qapısını döyürlər.
Ümumiyyətlə, "Milli Şura”ya milli satqınlar yığışıb. Vaxtilə orada olan insanlar Əi Kərimlinin və Həsənov Cəmilin birləşib siyasi alver etməsinin şahidi oldular. Həmin insanlar düşünürdülər ki, bu iki nəfərin alverindən onlar da bəhrələnəcəklər. Amma bu, heç də belə olmadı. Ona görə də "Milli Şura”da olanların əksəriyyəti peşman olduqlarını açıq və səmimi olaraq etiraf etdilər. Ümumiyyətlə ağıllı, özünə hörmət edən adamlar heç bir zaman Əli Kərimli, eləcə də Həsənov Cəmil kimi erməni qaynatasının yanında özünü görə bilməz. Bildiyiniz kimi, bu yaxınlarda Həsənov Cəmil ABŞ-a getmişdi və orada sarsaqlamışdı. Bu haqda bizdə məlumatlar var. Həmin şəxs orada Azərbaycan haqqında başından böyük qələtlər edib. "Milli Şura”nın juliklər, satqınlar şurası olduğunu onun digər üzvləri də hiss edəcəklər. Mən sadəcə olaraq onlara çağırış edirəm. Onlara sözüm budur ki, əgər özünə hörmət edən adam Azərbaycanın bir milyondan artıq vətəndaşını yurdundan didərgin salan ermənilərin qaynatasının yanında qalırsa, bu, xalqımıza qarşı təhqir və xəyanətdir. Müsbət haldır ki, Azərbaycan xalqı da bu xəyanətin fərqindədir.
- Bir məqama da toxunmaq istərdim. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqaləsində müxtəlif məsəllər toxunuldu. Sözügedən məqalə bardə düşüncələrinizi öyrənmək istərdim…
- Ramiz Mehdiyevin məqaləsində kifayət qədər önəmli məsəllər öz əksini tapıb. O, müxalifət tənqid edib, amma gərək radikal müxalifəti, konstruktiv müxalifətdən ayıraydı. Məsələn, biz heç bir xarici kəşfiyyatdan, donor təşkilatlardan maliyə almamışıq, fəaliyətimiz də milli maraqlarımıza xidmət edib. Ramiz Mehdiyevin nəzərdə tutduğu müxalifət, Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbərdir. Amma bir məqamı da qeyd edim ki, biz demokratiyanın beşiyi olan Amerikaya da müharibə elan edə bilmərik. Milli maraqlarımızı ən yüksəkdə tutaraq, siyasətimizi davam etdirməliyik.
Amma onu da nəzərə çatdırım ki, Azərbaycanda daxili çaxnaşma yaratmaq istəyən qüvvələr var. Onlar Cəmil Həsənli, Əli Kəritmli kimilərinin əliylə bunu reallaşdırmaq istəyirlər. Amma bəyan edirəm ki, Kərimov Əli, Cəmil Həsənli kimdir ki, Azərbacanda hakimiyəti devirsinlər. Təbii ki, buna baxmayaraq, hazırlıqlı olmaq lazımdır. Bizdə olan məlumata görə, Azərbaycanda dövlət çevrilişinin cizgilərini cızırlar. Səfirlərlə görüşümdə onların sətiraltı ifadələrində də hiss edirəm ki, bunlar çox böyük hazırlıq mərhələsinə qədəm qoyurlar. Biz də ağıllı işləməliyik, onları qıcıqlandırmadan, öz maraqlarımıza uyğun siyasətimizi yeritməliyik.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi