"Azəriqaz"ın 50-dən çox əməkdaşı bundan istifadə edir - Rüsvayçılıq (FOTO)

img

06-12-2014 [13:42]


Fofoda gördüyünüz bu "Univalnik" döyüş məkanında obyektivə alınmayıb. Bu, Bakının mərkəzində, geniş maliyyə imkanları olan "Azəriqaz" Istehsal Birliyinin idarə binasında çəkilib.

Bu fotonu Mia.az-ın əməkdaşı obyektivə alıb. İdarənin işçiləri sayta bildiriblər ki, fotodakı "Univalnik" Nəsimi rayonu, Qaz Istismar Sahəsinin əməkdaşlarının əl-üzlərini yumaq üçün nəzərdə tutulub: "3-cu Alatavada yeni yol keçidinin düz üstündə yerləşən idarəmizdə 50-dən çox fəhlə və qulluqçu işləyir. Bu fotodakı əl-üz yuyan isə idarədə yeganə vasitədir. İdarə rəhbərliyi bununla Əmək Məcəlləsinin müvafiq maddələrini də pozur. Maraqlıdır ki, Dövlət Əmək Müfəttişliyi və "Azəriqaz" rəhbərliyi də bu biabırçılığa göz yumurlar!"

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA