Yeni rəis "Bandotdel"də dəyişiklik etdi, Seyfulla Əzimov öz kadrına vəzifə verdi

img

06-12-2014 [12:00]


Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin yeni rəisi Seyfulla Əzimov kadr dəyişikliyi edib.

Aznews.az-ın əldə etdiyi məlumata görə, yeni rəis İdarənin Terrorizm və Banditizmə qarşı Mübarizə şöbəsinə keçmiş işçisi, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşını təyin edib. 
 
Yeni təyinat alan şöbə rəisinin adı və soyadı bizə məlum olsa da, həmin şöbə məxfi hesab olunduğundan onun ad və soyadını açıqlamağı məqbul hesab etmirik. 
 
Qeyd edək ki, Mirqafar Seyidovun yerinə təyin edilən Seyfulla Əzimov Quba Rayon Polis Şöbəsinin rəisi olub.
 
O, Quba Rayon Polis Şöbəsinə rəis təyin olunmazdan öncə isə Nəsimi Rayon 22-ci polis bölməsinin rəisi vəzifəsində çalışıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA