05-12-2014 [17:25]
Hacıqabul Rayon Talış kənd tam orta məktəbinin müəllimləri həmin təhsil müəssisənin rəhbəri ilə bağlı redaksiyamıza müraciət ediblər.
Müəllimlərin sözlərinə görə, məktəbin 71 yaşlı direktoru Mirsaleh Mirabbas oğlu Məmmədov dövlətə məxsus məktəbi öz mülkü hesab edərək vəzifəsindən sui-istifadə edir. Onun məktəbə məxsus maddi-texniki vasitələri mənimsədiyi, məktəbin texniki işçilərinin əksəriyyətinin maaş kartlarını alıb uzun müddət özündə saxladığı, ayda bir neçə dəfə işə çıxmaq və ya ümumiyyətlə, gəlməmək şərti ilə onlara cüzi miqdarda pul verdiyi bildirilir. İddia olunur ki, hətta bu fakt Hacıqabul Rayon Maliyyə İdarəsindən gələn yoxlama tərəfindən aşkarlanaraq, maaş kartları öz sahiblərinə qaytarılıb. Buna baxmayaraq, həmin xoşagəlməz əməl cəzasız qalıb.
Qeyd olunur ki, direktor digər texniki vəzifələrə öz yaxın qohumlarının adlarını yazdırıb, müvafiq dövlət sənədlərini (tabel cədvəlini-red) saxtalaşdıraraq uzun müddətdir, işə gəlmədikləri halda, onların adına olan maaşları mənimsəyir. Bir zamanlar hətta məktəbə aid elektrik enerjisindən evinə gizli xətt çəkdirib uzun müddət qanunsuz olaraq istifadə edirdi. Gənc müəllimlərin narazılığı sayəsində bu xətt ləğv edilib.
Həmçinin dərs bölgüsü zamanı dərslər müəyyən məbləğ müqabilində qeyri-ixtisas müəllimlərinə verilir (ixtisas müəllimi olduğu halda-red).
"Digər hallarda biz ona problem olduğumuz, həmçinin hər ay yaşlı müəllimlər kimi pul vermədiyimiz üçün müxtəlif bəhanələrlə gənc müəllimlərin öz işini görməsinə maneçilik törədir. Nəzərinizə çatdırırıq ki, bizdən əvvəl işləyən müəllimlər hər ay müəyyən miqdarda guya məktəbin "qonaq"larını yola salmaq üçün haqq verirdilər. Qalan texniki işçilərin isə adı ya işdə gedir, ya da ayda nəyinsə qarşılığında bir neçə dəfə işə gəlməklə "işləyirlər", deyə şikayətdə vurğulanır.
Sakinlər bildirirlər ki, direktorun yaxın qohumu olan səkkiz müəllimin maaş kartı Mirsaleh müəllimdədir. Onlar məktəbdə işləməsələr də adları müəllim kimi qeyd olunub. Bundan başqa, gənc müəllimlərin məzuniyyəti faktiki 56 gün hesablandığı halda, 42 gün məzuniyyət pulu hesablanıb.
Şikayətçilər Mirsaleh Mirabbas oğlu Məmmədovun əməlləri ilə bağlı əyani fakt kimi video faylları da əməkdaşımıza göndəriblər. Həmin görüntülərdə ibtidai sinif müəllimələrindən ikisinin dərs saatlarına görə hər ay direktor M.Məmmədova 40 azn verməsi, həmçinin xadimə Əliyeva Hafizə Etibar qızının hər ay maaş əvəzi 40 azn alması və maaş kartının direktorda olması, habelə tarix müəllimlərindən birindən hər ay 30-40 azn istəməsi əks olunur.
Müəllimlər qeyd etdilər ki, dəfələrlə Hacıqabul Rayon Təhsil Şöbəsinə müraciətlərin, şikayətlərin daxil olmasına baxmayaraq, bu problemlə bağlı heç bir nəticə olmayıb: "Ona görə Hacıqabul Rayon Təhsil Şöbəsində bu şikayətə baxılmasını istəmirik, çünki bilirik ki, direktorun əməlləri ört-basdır ediləcək”.
Talış kənd tam orta məktəbinin müəllimləri əlavə etdilər ki, yaxın günlərdə təhsil naziri Mikayıl Cabbarova müraciət edəcəklər.
Sözügedən orta məktəbin direktoru Publika.az-a barəsində deyilənləri təkzib edib: "Müəllimlərin maaşı məndə nə gəzir? Hər kəs qol çəkərək maaşı özü alır. Mən sizi tanımıram, siz də məni. Tələbkar, işgüzar adamam. Müəllimlərin hamısı məktəbdədir. Nə xadimə? Məktəbi məgər mən silib-süpürürəm? Mən təmizləyirəm? Mən açıq söhbət edənəm. Müəllimlərin bir qəpik də pulu məndə deyil. Onları çubuqla çırpsan da, bir qəpik verən deyillər. Heç onları qəzetə abunə də yazdırmaq mümkün deyil. Pul vermək söhbəti ola bilməz. Maaş kartları da məndə deyil. Müəllimin maaş kartı məndədirsə, o dərsə gələr? Belə çıxır ki, o, evdə oturub. Mən özbaşına işdən qalanların maaşlarını tuturam. Bir müəllim bir neçə gün işdən qalıb. Üç günün pulunu tutmuşam, ona görə də bunu ediblər. Bir gənc müəllim də 6 gün işdən qalıb. Onun 3 gün maaşını tutmuşam. Axı özbaşına buraxmaq olmaz”.
Hacıqabul Rayon Təhsil Şöbəsi müdirinin müavini Balaxanim Ələsgərova isə direktordan şöbəyə şikayət daxil olmadığını bildirdi: "Həmin orta məktəbdən bizə şikayət daxil olmayıb. Mümkünsə, şikayətçi müəllimlərin adlarını açıqlayın”(publika.az).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi