Polisi əzən tanınmış şairin nəvəsi həbs olundu

img

05-12-2014 [16:00]


Yol polisini əzən "Porsche"nin sürücüsü Əliağa Kürçaylı saxlanılıb. 

"Qafqazinfo”ya hüquq mühafizə orqanlarından daxil olan məlumata görə, ötən gün  İstiqlaliyyət küçəsində yol polisinə qarşı təhqiramiz rəftarı ilə gündəmə gələn sürücü artıq cəzalandırılıb. 

Tanınmış şair, dramaturq və tərcüməçi Əliağa Kürçaylının nəvəsi olan və onun adını daşıyan nəvə Əliağa ilə bağlı 15 sutka inzibati həbs qərarı çıxarılıb.

Qeyd edək ki, o, 90 KF 155 dövlət nömrə nişanlı "Porsche Cayenne" markalı avtomobili ilə polisin əmrinə tabe olmayıb. Yol polisi serjantı maşının qarşısında dayansa da, sürücü maşını arxaya verərək polisin üzərinə sürüb. Hadisə zamanı yol polisi serjantı ayağından xəsarət alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA