Bu icra başçıları hədəfdə - rəsmi yoxlama-özəl

img

05-12-2014 [15:44]


Hesablama Palatasının Kollegiya iclası keçirilib. 

Mia.az-ın məlumatına görə, iclasda Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərininicrasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindəndövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dairaudit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Kollegiyada həmçinin Cəlilabad rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin istifadəsi və Nəqliyyat Nazirliyinin DövlətAvtomobil Nəqliyyatı Xidmətinin maliyyə-təsərrüfat fəaliyyəti üzrə dair audit proqramları təsdiq olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA