Polisi vuran "Porsche"nin sahibi məşhur şairin nəvəsi çıxdı - VİDEO

img

05-12-2014 [12:21]


Bakıda yol polisini vuran "Porsche"nin sürücüsünün kimliyi bəlli olub. 

Milli.Az-ın əldə etdiyi məlumata görə, ötən gün İstiqlaliyyət küçəsində yol polisinə qarşı təhqiramiz rəftarı ilə xəbərlərin gündəminə çıxan şəxs tanınmış şair, dramaturq və tərcüməçi Əliağa Kürçaylının nəvəsidir. Onun da adı babasının adı kimi Əliağa Kürçaylıdır. 

Nəvə Əliağa Kürçaylı idarə etdiyi "90 KF 155" dövlət nömrə nişanlı avtomobilinin fotolarını özünün sosial şəbəkədəki profilində də yerləşdirib. 

Xatırladaq ki, ötən gün Bakının mərkəzində "Porsche" sürücüsünün yol polisinə qarşı etdiyi hərəkət hər kəsi şoka salıb. 

Milli.Az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, yol polisi İstiqlaliyyət küçəsində yolu bağlayan zaman 90 KF 155 dövlət nömrə nişanlı "Porsche Cayenne" markalı avtomobilin sürücüsü onun əmrinə tabe olmayıb.
 
Yol polisi serjantı maşının qarşısında dayansa da, sürücü maşını arxaya verərək polisin üzərinə sürüb. Hadisə zamanı yol polisi serjantı ayağından xəsarət alıb.

Onu da qeyd edək ki, şair, dramaturq və tərcüməçi Əliağa Kürçaylı məşhur rus şairi Sergey Yeseninin əsərlərini Azərbaycan dilinə tərcümə edib. O, bir çox şeirlər və pyeslərin müəllifidr. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA