Artur Rasi-zadə qərar verdi - bu günlər iş olmayacaq!

img

04-12-2014 [19:36]


Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı ilə əlaqədar 5 gün qeyri-iş günü olacaq.

Nazirlər Kabinetindən verilən məlumata görə, bu il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı ilə əlaqədar dekabrın 31-i, yanvarın 1-i və 2-si iş olmayacaq. Növbəti günlər - yanvarın 3-ü və 4-ü şənbə və bazar gününə təsadüf etdiyindən ümumilikdə 5 gün qeyri-iş günü olacaq.

Qeyd edək ki, 5 günlük istirahət yalnız həftənin 5 günü işləyənlərə aiddir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA