04-12-2014 [17:31]
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Şuradan verilən məlumata görə, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiya 7 kütləvi informasiya vasitəsi ilə bağlı müraciətləri araşdırıb.
Öncə Kürdəmir rayon İcra Hakimiyyətinin "brifinq.com" saytından şikayətinə baxılıb. Komissiya rəyə gəlib ki, sayt bu il oktyabrın 13-də "Kürdəmirdə dövlət bayrağı yandırılıb" sərlövhəli xəbərdə dəqiqləşdirmələr aparmadığından peşə etikasının həqiqətə xidmət prinsipinin tələblərini pozub. Komissiya üzvləri bunu və digər amilləri nəzərə alaraq "brifinq.com"a xəbərdarlıq edilməsi barədə razılığa gəliblər.
Sonra Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Sumqayıt şəhər təşkilatının sədri Mübariz Quliyevin 2 KİV barədə müraciəti müzakirə olunub. "Tərəf qəzeti" İnformasiya Agentliyinin (teref.info) baş redaktoru Nurəddin Xoca komissiya üzvlərinin şikayət doğuran yazılarda «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın bir sıra prinsip və bəndlərinin tələblərinin pozulduğu barədə iradlarını qəbul edib. O, qarşı tərəfin təkzib tələbini yerinə yetirməyə hazır olduğunu vurğulayıb.
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Sumqayıt şəhər təşkilatının sədri M.Quliyevin "mediaxeberleri.az" saytından şikayətinə cavabdeh tərəfin iştirakı olmadan baxılıb. Komissiya bu KİV-in də etik prinsiplərin tələblərini gözləmədiyini müəyyənləşdirib. Nəzərə alınıb ki, saytın peşə etikasına etinasızlığı yalnız həmin materiallarla məhdudlaşmır, Gəncə Dövlət Universitetinin "mediaxeberleri.az" haqqında şikayətində 5 konkret materialın adı çəkilir. Buna görə də sayta Mətbuat Şurasının xəbərdarlığı elan edilməklə, rəhbərliyinə KİV-in fəaliyyətində dönüş yaratmaq tövsiyə olunub.
Gəncə Dövlət Universitetinin "Yeni xəbər" qəzetindən şikayətinin müzakirəsində bildirilib ki, sözügedən mətbu orqan material təqdim edərkən qarşı tərəfin fikrini öyrənməməklə, araşdırma aparmamaqla peşə davranışı qaydalarına pozub. Nəşrə etik prinsiplərə sayğılı yanaşmaq, növbəti sayında tənqid obyektinin mövqeyini işıqlandırmaq tövsiyə olunub.
İclasda GDU-nun "xeberinfo.com" və "xeber-xetti.com" saytlarında gedən materiallarla bağlı şikayətinə də diqqət yetirilib. Komissiya üzvləri hər iki saytın peşə davranışı qaydalarının tələblərinə məsuliyyətlə yanaşmasının vacibliyini diqqətə çatdırıblar. GDU-nun "demokratiya.biz" saytından narazılığındakı bir sıra məqamlara aydınlıq gətirilməsi üçün məsələnin Şuranın "reket jurnalistika"ya qarşı mübarizə komissiyasında baxılması məqsədəuyğun sayılıb. MŞ-nin Şikayətlər üzrə Komissiyası həmçinin Gəncə Dövlət Universitetinə mətbuatla əlaqə formalarını təkmilləşdirməyi tövsiyə edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi