İcra başçısının ev dustaqlığı ləğv edildi

img

04-12-2014 [15:03]


Dərbənd məhkəməsi milliyətcə azərbaycanlı, eks-mer Qurban Qurbanovun ev dustaqlığından azad edilməsi haqqında qərar qəbul edib.

Axar.az xəbər verir ki, artıq Q.Qurbanov sərbəst şəkildə şəhərdə hərəkət etmək imkanı qazanıb, lakin şəhəri tərk etməmək haqqında iltizam verib.

Mənbənin sözlərinə görə, Qurban Qurbanovun dekabrın 3-ü üçün nəzərdə tutulan arbitraj məhkəməsi təxirə salınıb. Qeyd olunur ki, bu, Dağıstan Prezidenti Ramazan Abdullatipova sərfəlidir. Belə ki, Qurban Qurbanov məhkəmədə qələbə qazanmağa yaxındır və buna görə də prezident hər dəfə işin təxirə salınması üçün məhkəməyə təzyiq edir. Arbitraj məhkəməsində Qurbanovun qələbə qazanacağı təqdirdə avtomatik olaraq vəzifəsinə geri qayıdacağı da gözlənilir.

Qurban Qurbanov bir müddət öncə Ramazan Abdullatipovun təzyiqi ilə Dərbənd meri vəzifədən vaxtından əvvəl istefaya məcbur edilmişdi. Onun yerinə isə Yəhya Hacıyev gətirilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA