Keçmiş rektorla yeni rektor arasında kəskin qalmaqal - İddia

img

04-12-2014 [12:07]


Gəncə Dövlət Universitetində rektor dəyişikliyindən sonra kompromat savaşı səngimək bilmir.

Məlumata görə, Yadigar Əliyevin rektor vəzifəsindən xaric olunması və yerinə onun dövründə prorektor olan Yusif Yusibovun təyinatı tərəflər arasında konfliktə səbəb olub.

Y.Yusibov rektor təyin olunduğu gündən etibarən xələfi ilə çəkişmədədir.
 
Y.Əliyev onun barəsində mətbuata xəbərlər sızdırır, hazırkı rektorun rəhbərliyi altında ali məktəbdə rüşvət tüğyan etdiyini yayır. GDU ilə bağlı yaranmış qalmaqalla bağlı sabiq rektor daha bir məlumat ötürüb.
 
Mətbuatda gedən xəbərlərə görə, universitetdə təhsil alan sələfi təriqətinə aid tələbələr etiraz aksiyalarına hazırlaşır. Y.Əliyevin bu məlumatı sızdırdığını iddia edən Gəncədəki qaynağımızın sözlərinə görə, GDU-da nə sələfi var, nə də aksiya olacağı gözlənilir.
 
Sabiq rektorun bu qara piar kampaniyasının arxasında duran səbəb hazırkı GDU rektoru ilə arasındakı intriqadır. Y.Əliyev təhsil nazirinin onunla bağlı sərəncam imzalamasında Y.Yusibovun təsiri olduğunu güman edir.
 
Mənbənin qeydlərində bildirilir ki, sabiq rektor özü istefa ərizəsi yazsa da, əslində onu buna təhrik ediblər: "Çünki rektor işlədiyi dövrdə Yusibovla yola getməyiblər. Universitetin rəhbər komandası, kafedra müdirləri, dekanlar da ondan narazı qalıb. Yadigar Əliyev kollektivlə hesablaşmayıb. Ondan narazılıqlar isə istefasına səbəb olub. Y.Əliyev isə vəzifədən gedəndən sonra mətbuata məlumatlar ötürməklə qisasını almağa çalışır”(axar.az).

Mia.az GDU-dan daxil olan məlumatda isə bu iddiaya fərqli yanaşma var. Bununla bağlı Mia.az-ıı məlumatlandıran müəllimlərdən biri "Buradan yayılan xəbərlər, əslində, yeni rektorun universitetdə yaratdığı yeni üsul-idarə ilə bağlıdır" deyib və yaxın günlərdə bu istiqamətdə sayta ətraflı açıqlama verəcəyini bildirib... 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA