Deputat-rektor tapşırıq verdi

img

03-12-2014 [18:17]


Bu gün Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovun tələbələrlə görüş keçirib.

Universitetin mətbuat xidmətindən Mia.az-a daxil olan məlumata görə, görüş tələbələri narahat edən məsələlərlə tanış olmaq, onların fikirlərini öyrənmək və təkliflərini dinləmək məqsədi daşıyıb. Görüşdə universitetin bütün fakültə və kurslarından olan 500-dək tələbə, prorektorlar, dekanlar, kafedra müdirləri və müəllimlər iştirak ediblər.

Tədbirdə çıxış edən rektor yüksək ixtisaslı həkim kadrların hazırlanması məqsədi ilə son illər rəhbərlik etdiyi ali təhsil müəssisəsində görülən işlərdən danışaraq qeyd edib ki, artıq bütün klinik kafedralar ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş universitet klinikalarında cəmləşib. Bu klinikalarda təcrübi vərdişlərə yiyələnmək üçün təşkil olunmuş treninq mərkəzləri tələbələrin istifadəsindədir. Ə. Əmiraslanov qış imtahan sessiyasının yaxınlaşdığını qeyd edərək bildirib ki, artıq 4 ildir universitetdə obyektivliyi tam qorumaq məqsədi ilə imtahanlar insan faktoru olmadan komyuterlər vasitəsilə aparılır.

Tələbələr isə bəzi dərsliklərin həcminin çoxluğunu, sərbəst işlərə çox vaxt sərf edilməsi kimi problemləri bildiriblər.

Rektor tələbələri maraqlandıran sualları cavablandıraraq həmin problemlərin həlli üçün tapşırıqlar verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA