Biləsuvarda əlillər günü qeyd olunub

img

03-12-2014 [18:14]


Biləsuvarda Beynəlxalq Əlillər Günü münasibətilə keçirilən tədbirdə ölkəmizdə əlillərə göstərilən dövlət qayğısından ətraflı söhbət açılıb.

AzərTAc xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Böyük Vətən və Qarabağ, Əfqanıstan müharibələri, Çernobıl qəzası veteranlarının və əlillərinin iştirak etdikləri tədbirdə çıxış edənlər Beynəlxalq Əlillər Gününün təsis edilməsi tarixindən söhbət açaraq Azərbaycanda bu günün rəsmi şəkildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qeyd olunduğunu bildiriblər.

Ölkəmizdə əlillərin cəmiyyətə inteqrasiyası onların sosial problemlərinin həllinə yönəlmiş dövlət siyasətinin real nəticəsi kimi konkret faktlarla diqqətə çatdırılıb.

Yığıncaqda fiziki cəhətdən qüsurlu insanların ixtiyarına verilən sosial reabilitasiya mərkəzləri, dövlət vəsaiti hesabına onların xaricdə müalicəsi, mənzil və maşınla təmin edilməsi, pensiya və müavinətlərinin artırılması Prezident İlham Əliyevin bu kateqoriyadan olan insanları daim diqqət mərkəzində saxlamasının göstəricisi kimi qiymətləndirilib.

Biləsuvarda əlil insanların sosial rifahının yaxşılaşdırılması üçün görülən tədbirlərdən danışan natiqlər qeyd ediblər ki, hazırda rayonda yaşayan əlillər dövlətin verdiyi bütün imtiyazlardan yararlanır, 74 nəfər müharibə veteranı mənzillə, 30 nəfər əlil isə pulsuz minik avtomobili ilə təmin olunub.

Mərasimdə çıxış edən əlillər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA