Bərdədə yol polisinin üstünə benzin töküb yandırdılar+yenilənib

img

03-12-2014 [16:25]


Bərdə rayonunda yol polisi əməkdaşı yandırılıb. Mia.az xəbər verir ki, bu barədə aktual.az-a rayondakı mənbə məlumat verilib.

Mənbənin bildirdiyinə görə, adı məlum olmayan rayon sakini Bərdə Rayon Yol Polisi Bölməsinin əməkdaşı Aqil Quliyevin üzərinə benzin tökərək od vurub.

Bərdə Rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər.

Şöbədən onu da bildiriblər ki, iş Bərdə Rayon Prokurorluğunda araşdırılır.

***

"Qafqazinfo" xəbər verir ki, Bərdə Rayon Yol Polisi Bölməsinin əməkdaşı Aqil Quliyevin sözlərinə görə, bu gün rayonun Üzeyir Hacıbəyli küçəsində xidmətdə olarkən VAZ 2106 markalı avtomobil svetoforun qırmızı işığında keçib. Avtomobil saxlanılarkən sürücünü sərxoş olduğu müəyyən edilib. Onu tibbi müayinəyə aparmaq istədikdə sürücü hadisə yerindən qaçıb. Polis əməkdaşları ona məxsus olan VAZ 2106 markalı avtomobili ekavuatorla aparan zaman sürücü Elçin adlı şəxs digər avtomobillə həmin yerə qayıdıb. Dərhal əlindəki benzini polisin üzərinə töküb və yandırıcı ilə od vurub. Hadisə zamanı Aqil Quliyev sağ əlinin içindən yanıq xəsarəti alıb. Bərdə rayon xəstəxanasına aparılan polis tibbi müayinədən sonra evə buraxılıb. Polis əməkdaşı Aqil Quliyev ikinci dərəcəli yanıq xəsarəti alıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA