03-12-2014 [14:23]
Hər gün qəza, hər gün ölüm. Günün fərqli vaxtlarında Azərbaycan yollarının müxtəlif məkanlardan qəza və ölüm xəbərlərini eşidirik. Yüksək sürətlə idarə edilən avtomobillər ard-arda insan həyatına son qoyur.
Demək olar ki, hər gün onlarla azərbaycanlı ailəsi qəza kabusunun qurbanına çevrilməkdədir. Müxtəlif qəzalarda övladını, atasını, anasını ümumiyyətlə, doğmasını itirən insanlar bir zülmət altında birləşməyə məcbur olurlar.
O da ÖLÜMÜN qoynuna atılaraq ÖLMƏK.
Son vaxtlarda qəzaların yüzdə doxsan faizi içkili sürücülərin payına düşür. Hansısa məclisdə keflənərək "dörd təkər” idarə etdiklərini "bir şüşə zəhərə” qurban verənlər sonradan çoxlarının həyatına elə "ölüm zəhəri” ilə son qoya biləcəklərini nədənsə düşünmək istəmirlər.
Nəticədə baş verən yol qəzalarında hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verdiyi araşdırılarkən avtomobilin içkili vəziyyətdə idarə edildiyi ortaya çıxır. Təbii ki, qara torpağa basdırılan "canlar” geri qayıtmır.
Qəzaların sərxoş sürücülərin günahı səbəbindən baş verməsi halları azalmır, əksinə, artır.
Ayağını "qaza basıb” yüksək sürətlə avtomobil idarə edən içkili sürücülər "adrenalin sevgilərini” kimlərinsə həyat eşqi və yaşamaq həvəsini yarı yolda qoymaqla əvəzləyirlər.
Yol qəzasına səbəb olan sürücülərlə bağlı müxtəlif ölkələrdə müxtəlif cəzalar tətbiq olunur. İçkili vəziyyətdə sükan arxasında oturub avtomobili idarə edənlər isə daha sərt cəzalanırlar.
Özləri ilə yanaşı, digərlərinin də həyatı üçün ciddi təhlükə əyi yaradan belə sürücülər Azərbaycanda da əməllərinə görə cəzasız qalmırlar. Bu günlərdə Rusiya Dövlət Dumasının bir neçə deputatı içkili vəziyyətdə avtomobil idarə edənlərin sürücülük hüququndan ömürlük məhrum edilməsini nəzərdə tutan dəyişikliyin qanunvericiliyə əlavə olunmasını təklif ediblər.
Azərbaycanda belə bir qadağanın tətbiqi reallaşa bilərmi?
Ana Vətən Partiyasının sədri, deputat Fəzail AgamalıModern.az-a qanunvericiliyə belə bir dəyişikliyin salınmasını zəruri hesab edir:
"Avtomobili içkili vəziyyətdə idarə edənlərin sürücülük vəsiqəsindən ömürlük məhrum edilməsi təcrübəsindən Azərbaycanda da istifadə oluna bilər. Ümumiyyətlə, sərxoş, içkili sürücülərə qarşı cəzalar sərtləşdirilməlidir. Hər gün baş verən qəzalarda insanlar həlak olurlar. Hətta bir nəfər yox, bir neçə nəfər belə qəzaların qurbanı olur. Ona görə də qəzaların qarşısını almaq üçün daha sərt cəzalar tətbiq etmək lazımdır. Bu məsələ olduqca aktualdır, bu cür neqativ hallara qarşı qətiyyətli addımlar atmaq lazımdır. Ən qətiyyətli addım isə həmin şəxslərin sürücülük vəsiqəsindən ömürlük məhrum edilmələri ola bilər. Bu, daha təsirli tədbirdir. Düşünürəm ki, sürücülərin içkili vəziyyətdə öz avtomobillərini idarə etməsi təkrarlandığı anlarda təkcə inzibati cəza deyil, eyni zamanda cinayət məsuliyyətinə cəlbetmə də tətbiq oluna bilər. Əgər Rusiyada və digər Avropa ölkələrində belə sərt cəza tətbiq olunursa, bu təcrübədən Azərbaycan da istifadə etməlidir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi