İcra başçısının müavini əlillərdən danışdı

img

03-12-2014 [14:08]


Dekabrın 3-də Qaradağ Rayon İcra Hakimiyyətində Beynəlxalq Əlillər Günü münasibəti ilə rayonun əlil sakinləri ilə görüş keçirildib.

İcra hakimiyyətindən MİA-ya verilən məlumata görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov və rayon ictimaiyyəti iştirak edib.

E.Abbasov bildirib ki, Beynəlxalq Əlillər günü ölkəmizdə rəsmi şəkildə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra qeyd olunur: "Beynəlxalq əlillər gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini əlillərin problemlərinə yönəltməklə onların ehtiyaclarını, tələblərini yerinə yetirmək, onlara maddi və mənəvi yardım göstərməkdir”.

Qaradağ rayon Əlillər Cəmiyyətinin sədri Müslüm Nurəliyev tədbir iştirakçıları adından çıxış edərək onlara yaradılan yüksək şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıq bildirib.

Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan 200-ə yaxın əlil vətəndaşa rayon İcra hakimiyyəti tərəfindən ərzaq yardımı verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA