Yağış yağdı, Sumqayıtda “həyat iflic oldu” - Narazılıq

img

03-12-2014 [11:45]


Ötən gecədən başlayan yağış Sumqayıtda ciddi problemlər yaradıb.

Dekabırın 2-si gecə saatlarından başlayaraq şəhərin vəziyyəti iflic olub. Sumqayıta yağan yağış təkcə şəhərin küçə prospektlərində yox, eləcə də şəhərin digər ərazilərində də müxtəlif fəsadlara yol açıb. Belə ki, Sumqayıtın bəzi ərazilərində elektrik enerjisinin verilişi dayanıb. Ən acınacaqlı vəziyyət isə "Yaşıldərə" massivində qeydə alınıb. Bunu deməyə redaksiyamıza gələn şikayətlər əsas verir. Sakinlər qeyd edirlər ki, yağışın yağmasından sonra işıqlarımız sönüb. Hal-hazırda işıqsızıq. Biz heç, bəs balalarımız? İndi uşaqlarımız məktəbdədir, lakin nə qaz, nə də ki, işıq var. Bəs o uşaqlar bu soyuqda necə dərs oxusunlar, təhsil alsınlar?

Sakinlər onu da qeyd edirlər ki, havalar soyuyanda bizim yaşadığımız massiv "cəhənnəmə" dönür. Gecə-gündüz inkişafdan danışırlar. Budur, inkişaf? Bir balaca yağış yağan kimi işıqlarımız sönür.

XeberLent.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA