03-12-2014 [11:30]
Müsavat Partiyasının üzvü, bu təşkilatın başqanlığına sabiq namizəd Qubad İbadoğlunun yeni hərəkatın yaradılması barədə bəyannaməsi yayımlanıb.
"Azərbaycan Demokratiya və Rifah” hərəkatı barədə bəyannamə musavat.com-un redaksiyasına bu quruluşun lideri Qubad İbadoğlu tərəfindən göndərilib.
"Azərbaycan Demokratiya və Rifah” (ADR) Hərəkatının yaradılması haqda bəyannamə
Bakı şəhəri, 03 dekabr 2014-cü il
Bir əsrdə 2 dəfə müstəqillik qazanmış Azərbaycan birinci cəhddə özündən asılı olmayan səbəblər ucbatından müasirləşməyə, mütərəqqi Avropa və İslam dəyərlərinə əsaslanan uzun inkişaf yolunda davam edə bilmədi, demokratik və azad bir ölkə kimi dünyaya inteqrasiya prosesi yarımçıq qaldı.
İkinci müstəqillik dövründə cümhuriyyətçilərin edə bilmədiklərini reallaşdırmaq üçün mühüm addımlar atan demokratik hakimiyyətə daxili və xarici anti-Azərbaycan qüvvələrinin dəstəklədiyi silahlı qiyam imkan vermədi. Mövcud hakimiyyət isə Azərbaycanda demokratik və açıq cəmiyyət quruculuğuna, avro-atlantika məkanına inteqrasiyaya, neft gəlirlərinin ədalətli bölüşdürulməsinə, azad sahibkarlığın inkişafına və milli iqtisadiyyatın şaxələndirilməsinə əngəlləyici təsirlərini göstərməkdədir. Demokratik institutların zəiflədilməsi, xüsusilə də müstəqil vətəndaş cəmiyyətinin və azad mətbuatın sıradan çıxarılması məqsədilə hakimiyyət tərəfindən aparılan ardıcıl və sistemli siyasətin nəticəsi olaraq insanlarda gələcəyə ümid azalıb, biganəlik və inamsızlıq geniş vüsət alıb.
Odur ki, biz aşağıda adları qeyd olunan təşəbbüskarlar sələflərimizin qoyduqları hədəflərə çatmaq, ərazilərinə tam nəzarət edən suveren, demokratik dövlət qurmaq, fundamental azadlıqlara əsaslanan mülki cəmiyyət formalaşdırmaq, yüksək rifahı təmin edən azad iqtisadiyyata nail olmaq, Avropa ailəsinin bərabərhüquqlu üzvü olmaq kmi taleyüklü proseslərin aparıcı qüvvəsinə çevrilmək məqsədi ilə "Azərbaycan Demokratiya və Rifah” (ADR) Hərəkatının yarandığını elan edirik.
Hərəkatın məqsədi Azərbaycanda etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşının hüquq və azadlıqlarını və yüksək rifahını təmin edəcək azad, demokratik cəmiyyətin və hüquqi dövlətin qurulmasına töhfə verməkdir. Bu məqsədlə ölkənin ictimai həyatında daha yaxından iştirak etmək, demokratik prosesləri gücləndirmək üçün Hərəkat qarşısına aşağıdakı vəzifələri qoyur:
- Ölkənin siyasi, iqtisadi və ictimai həyatının müxtəlif sahələrində liberal islahatların aparılmasını özündə təcəssüm edən proqram və konsepsiyalar işləmək;
- Siyasi motivlərlə həbs olunmuş məhbusların azad edilməsi, siyasi, ictimai fəaliyyətə görə təqiblərə birdəfəlik son qoyulması, vətəndaşların sosial, iqtisadi, mülki və siyasi hüquqlarının Avropa standartlarına uyğun şəkildə bərqərar olması uğrunda fəaliyyət göstərmək;
- Ölkədə vətəndaş sülhünün və ictimai həmrəyliyin yaradılmasına, dialoqun təşkilinə yardım etmək;
- Qarabağın və işğal olunmuş Azərbaycan ərazilərinin geri qaytarılmasına, eləcə də cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsinə çalışmaq;
- Vətəndaş cəmiyyətinin əsas elementi olan qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün normal şərait yaradılmasına çalışmaq;
- İqtisadiyyatın liberallaşdırılması, azad sahibkarlığın inkişafı, neft gəlirlərinin ədalətli bölüşdürülməsi və səmərəli idarəedilməsi yolu ilə ölkə vətəndaşlarının layiqli və təminatlı sosial müdafiəsinə nail olmaq və rifahını yüksəltmək .
Siyasi, etnik, dini, milli mənsubiyyətindən asılı olmayaraq hərəkatın məqsəd və prinsiplərini qəbul edən istənilən Azərbaycan vətəndaşı ADR Hərəkatının üzvü ola bilər. ADR-in idarəetmə orqanları yaxın zamanlarda üzvlərin iştirakı ilə keçirilməsi planlaşdırılan təsis yığıncağında formalaşdırılacaq.
1. Qubad İbadoğlu
2. Vurğun Əyyub
3. Adil Qeybulla
4. İbrahim İbrahimli
5. Ellada Məmmədli
6. Səxavət Əlisoy
7. Məlahət Mürşüdlü
8. Ədalət Yusifov
9. Əhliman Abbas
10. Taleh Əliyev
11. Rafiq Abdullalı
12. İsmayıl Yusifov
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi