Ramil Usubov daha bir əmr verdi, dəyişiklik oldu - TƏYİNAT

img

03-12-2014 [11:09]


Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatları olub. 

Nazir general-polkovnik Ramil Usubovun əmri ilə Xəzər Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Əlyəddin Səfərov vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə Ə.Səfərov Nərimanov RPİ-nin rəis müavini təyin edilib.

Ə.Səfərov bundan əvvəl Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin rəisi və Nəsimi RPİ-nin rəis müavini vəzifələrində də işləyib.

R.Usubovun imzaladığı başqa bir əmrlə isə Xəzər RPİ-nin Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi, polis polkovnik-leytenantı Habil Həsənov idarənin əməliyyat işləri üzrə rəis müavini təyin olunub. Xəzər RPİ-nin CAŞ-nin rəisi vəzifəsinə isə Cavanşir Əhmədov gətirilib(Report). 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA