03-12-2014 [10:21]
Yeni maşın alan vətəndaşların ən böyük arzularından biri də fərqli maşın nömrəsinə, seriyasına sahib olmaqdır. Biri doğum ilini, biri uğurlu rəqəmini, bir başqası ad-soyadının baş hərfini maşınının ön-arxa tərəfinə həkk etmək istəyir. Eləcə də telefon nömrələri… Dəfələrlə ayrı-ayrı telefon mağazalarında bunun şahidi olmuşuq. İnsanlar məhz hansısa nömrənin sorağına düşüb, günlərlə onu axtarır, məhz onun uğuruna inanır. Və bu, bir çox hallarda xəstəlik həddinə çatır…
"KİMSƏ ÖZÜNƏ HAMIDAN GİZLƏTDİYİ, AMMA BİR NƏFƏRLƏ DANIŞMAQ ÜÇÜN NÖMRƏ ALIRSA…”
Azinform.az saytı bu sahədəki qiymətləri və mənzərəni araşdırıb. "Qara Qarayev” metrostansiyası həndəvərindəki telefon nömrəsi satılan mağazalardan birində elə, mövzuya uyğun dialoqun şahidi olduq. Gənc bir oğlan israrla içində bol-bol "89” rəqəminin olduğu bir telefon nömrəsi axtarırdı. Satıcının təqdim etdiyi heç bir nömrəni isə bəyənmirdi: "Yox e, istəyirəm, 89-89-la qurtarsın axırı. Əvvəlində də nəsə 89 olsun… Doğulduğum ildi də, əvvəl də buna oxşayan nömrəm olub, amma indi dəyişməliyəm…”.
Satıcı bir neçə gün axtaracağını vəd edib, bu "nömrə aşiqindən” vaxt istəyir. Amma müxbirimizlə söhbətində bir çox məqamlara aydınlıq gətirir. Bəhruz Seyidov adlı satıcının sözlərinə görə, bahalı nömrələri adətən sıradan mağazalardan almırlar. Yəni adına "zerkalnı” deyilən nömrələrin bəlli satış mərkəzləri, daha doğrusu, mərkəzi ofislərdən alınması təcrübəsi var. Amma hansısa rəqəmlə bağlı xüsusi istəyi olanlar kiçik mağazalara müraciət edir. Eyni rəqəmlərin ardıcıl düzülüşü, sevimli nömrələr… üçün axtarışa çıxanların ünvanı bu dükanlar olur.
Heç bir özəlliyi olmayan "Bakcell” nömrələrinin qiyməti 3 manatdan 15 manata kimidir. Sonuncularda bir qədər "zerkalnı”lığın izləri olur: "Kimsə özünə hamıdan gizli, bir nəfər üçün istifadə edəcəyi nömrə alırsa, bu zaman rəqəmə-filan baxmır. Əsas məqsədi onun yadda qalmayan olmasıdır. Amma xüsusən gənclərdə axır vaxtlar bu fərqli nömrələrə bir həvəs yaranıb. Ad günləri, hansısa əlamətdar tarixlə bağlı bəzən xüsusi istəkləri olur. Xanımlar da çox müraciət edirlər”.
211-LƏ BAŞLANANLAR…
Amma mobil telefon nömrələri bazarında vəziyyət yuxarıda yazdıqlarımızdan daha ilgincdir. Məsələn, hazırda əksər tanınmışların — siyasətçi, deputat və iş adamı, müğənni və s.lərin telefon nömrələri 211-lə başlayır. 211-lə başlayan nömrələrin ən ucuz qiyməti 5000 manatdır. Yəni belə nömrələrin "qızıl nömrə” sırasına aid olduğunu deyilir. Məsələn, (050) 222 00 20 nömrəsinin qiyməti 4 min manatdır.
Fərqli nömrə almaq istəyənlər bir çox hallarda www. nomrem. az və digər nömrə satışı ilə məşğul olan saytlarla da maraqlanırlar. Orada mobil şirkətlərin nömrələri mağazalardakından çox daha baha satılır. Məsələn, (050) 211-42-07 nömrəsinin qiyməti nə az, nə çox, düz 5200 AZN-dir. Bu pulla işlənmiş avtomobil almaq mümkündür.
MAŞIN NÖMRƏLƏRİ – 18 MANATA OLANI DA VAR, 15 MİN MANATA OLANI DA…
Maşından söz düşmüşkən, maşın nömrələri ilə bağlı vəziyyət də fərqli deyil. Təxminən 1,5 il bundan əvvəl bu sətirlərin müəllifi maşınına nömrə almaq üçün DYP-də olarkən qarşılaşdığı maraqlı mənzərələrdən birini yada salmaq istəyir. Məlum olur ki, müxtəlif bölgələrin nümayəndələri maşınlarına məhz özəl nömrə almaq istəyir. Kiminsə uğurlu nömrəsi 19-dursa və 019 rəqəmi olan nömrə almaq istəyirsə, onun işi çətindir. Çünki əslən Füzulidən olan maşın yiyələri onları çoxdan bazardan "silib-süpürmüş” olur.
Bəzi nömrə və qiymətləri nəzərinizə çatdıraq.
1. 10-BA-010 15.000 AZN
2. 10-GG-020 15.000 AZN
3. 10-SL-007 10.000 AZN
4. 10-XX-006 10.000AZN
5. 85-BA-101 10.000 AZN
6. 10-HZ-009 7.800 AZN
7. 10-BS-005 6.500 AZN
8. 90-AS-101 5.500 AZN
9. 10-AZ-666 5.000 AZN
10. 10-OC-107 4.000 AZN
Qanunvericilikdə isə bu məsələ tamamilə başqa cür tənzimlənir. Qiymət nömrə nişanındakı rəqəmlərin və hərflərin düzülüşündən asılı olaraq dəyişir. Müxtəlif hərflərlə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrinə görə dövlət rüsumu 1500 manat — bu rəqəmlərlə olan nömrədə hərflər eyni olarsa, qiymət 2500 manat;
Müxtəlif hərflərlə 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələri 1000 manat — hərflər eyni olduğu halda 1500 manat.
111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrində seriya hərfləri müxtəlif olduğu halda dövlət rüsumu 500, eyni olarsa, 1000 manat təşkil edir.
Bu tipli nömrələr istisna olmaqla qalan bütün nömrələr üçün dövlət rüsumu 18 manat təşkil edir.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə daha öncə mediaya açıqlamasında bir neçə dəfə bildirib ki, DYP-da 15-20 min manata nömrə satılmır.
Şöbə rəisinin sözlərinə görə, tanınmış və yaxud adi bir vətəndaşa, bir sözlə hər kəsə nömrələr eyni qiymətə satılır.
"Dövlət rüsumu haqqında qanunda hərflərin, rəqəmlərin kobinasiyası üzrə qiymətlər müəyyən edilib və kimsə həmin nömrəni alırsa, dövlət rüsumunu ödəmək məcburiyyətindədir. Burada söhbət istəkdən asılı olan nömrələrə aiddir. O nömrələrin qiyməti 500-2500 manat arasında dəyişir. Hərf və rəqəmlərin dəyişməsindən asılı olaraq qiymət dəyişir. Hərf və rəqəmlərin düzülüşünün kombinasiya üzrə müəyyən edilən dövlət rüsumu var. Adi sıra ardıcıllığı ilə verilən nömrələrin qiyməti isə standartdır” — deyə K.Əliyev vurğulayıb.
Sonda kiçik arayış. Numerologiya (lat. numerus — rəqəm) — rəqəmlərin təkcə riyazi deyil, həm də magik xassələrə malik olduğunu sübut etməyə çalışan elm sahəsi. Bütün qədim mədəniyyətlərdə «elm» və «magiya» bir-birindən ayrı tutulmayıb. Buna görə də riyaziyyat — numerologiyadan, astronomiya — astrologiyadan, tibb — xalq təbabətindən ayrılmayıb, birlikdə fəaliyyət göstərib. Numerologiya qərb mədəniyyətlərində olduğu kimi, şərq mədəniyyətlərində də tətbiq edilir. Reformasiya, yeni sistemlərin tətbiqi, kapitalizm və s. «elm» və «magiya»nı bir-birindən ayırdı. Hazırda «numerologiya» sahəsinə mistik sahə kimi baxılır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi