H.Əliyev Mərkəzində Azərbaycan Respublikasının "Autizm Defektoloji və Psixoloji yardım Mərkəzi "İB Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi ilə "Sağlamlıq imkanları məhdud (autizm )uşaqlara defektoloji və psixoloji yardım göstərilməsi”layihəsinə əsasən"Autizmin tanımı ,ixtisasçıların və valideynlərin maarifləndirilməsi " mövzusunda maarifləndirici treninq-seminar keçirildi.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydasının” təsdiq edilməsi haqqında 30 dekabr 2012-ci il tarixli 330 nömrəli qərarına müvafiq işlənib hazırlanmış, sosial xidmət sahəsində dövlət sifarişləri üzrə élan edilmiş "Sağlamlıq imkanları məhdud (autizm) uşaqlara (defektoloji və psixoloji yardım göstərilməsi” layihəsində iştirak edən Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi qalib elan edilmiş və 01.07.2014-cü il tarixdə layihənin icrasına başlamışdır. Layihənin icrasında əlli nəfər autizmdən əziyyət çəkən uşaq reabilitasiya olunaraq cəmiyyətə adaptasiya yönümündə xüsisi təlimlər alır.
Tədbir ulu öndərin abidəsini ziyarət etmə və H.Əliyev Mərkəzinin xatirə eksponatları ilə ətraflı tanış olmaq ,ulu öndərimizin çox maraqlı həyat tarixini seyr etdikdən sonra başlandı.Giriş sözü ilə Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Sevinc xanım Əlıiyeva çıxış etdı.O autizm sindromu haqqında ,autizmli uşaqların reabilitasiyası ,onların cəmiyyətə inteqrasiyası haqqında danışdı.Ölkə rəhbərliyinin bu sahəyə diqqət və qayğısından söhbət açdı.Sonra layihə haqqında məlumatla Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri ,layihə koordinatoru Çiçək Məmmədli çıxış etdi. O İctimai Birliyin fəaliyyətindən,əldə etdikləri uğurlarından,autizm sindromlu uşaqların cəmiyyətə adaptasiyası yönümündə apardıqları məqsədyönlü təlimlərin nəticələrindən və həyata keçirdikləri layihənin əhəmiyyətindən danışdı.İctimai Birliyin sədri qabaqcıl ,sınanmış Beynəlxalq təcrübənin ölkəmizə tətbiqinin vacib olduğunu qeyd etdi. İctimai Birliyin sədri və layihə koordinatoru çıxışında qeyd etdi ki, Ölkəmizdə autizm sindromu ən aktual və həll olunması vacib olan problemlərdən sayılır. Getdikcə autizm sindromlu uşaqların sayı artır və nədən yaranmasının elmə məlum olmaması lakin reabilitasiyasının xüsusi təlimlərlə mümkünlüyü aşkar olmuşdur. Azərbaycanda bu sahədə işlərin başlanğıcı qoyulmuşdur. Amma, hələ inkişaf etmiş xarici ölkələrin bu sahədəki qabaqcıl təcrübələrindən yararlanmağa böyük ehtiyac var. Bunları əsas götürərək dil baxımından qardaş ölkə sayılan Türkiyə Cumhuriyyətinin İstanbul və Antalya şəhərlərində fəaliyyət göstərən Autizm Mərkəzlərinin və Autizm məktəblərinin bu sahədə fəaliyyət göstərən rebilitasiya müəsisələrinin qabaqcıl təcrübəsini öyrənmək və tətbiq etmək istəyirik.
İstanbulda "Tohum Outizm Vakfı” –nın uzun illərdir Amerika üsulu ilə işlədiyini və həmin standartlarla gözəl nəticələr əldə etdiyi sübut olunmuşdur.Ona görə də həmin metodikanın öyrənilməsi və ölkəmizdə də tətbiqi çox vacibdir. Autizm Defektoloji və Psixoloji yardım Mərkəzi fəaliyyət göstərdiyi müddət ərzində ölkəmizdə autizmin maarifləndirilməsi ,ilkin reabilitasiya ,valideynlərin xüsisi treninqlərə cəlb edilməsi ,qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi şurasının maliyyə yardımı və dəstəyi ilə regionlarda geniş autizm maarifləndirilməsinə həsr edilmiş silsilə tədbirlərin keçirilməsinə nail olmuşdur.İctimai Birlik xüsisi orqanı olan "Autizm "qəzeti vasitəsi ilə Beynəlxalq arenaya çıxaraq qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi sahəsində çox işlər görmüşdür.
Həmişə peşəkar personalların çalışmasını təmin edilməsinə üstünlük verən Mərkəzdə Türkiyədə təhsil alaraq uzun müddət həmin ölkədə rebilitasiya Mərkəzlərində çalışmış, geniş təcrübəyə malik mütəxəssis artıq Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzində çalışır.
Təşkil edilmiz tədbirdə Türkiyədə çalışmış mütəxəssis həmin ölkənin qabaqcıl təcrübələrinin ölkəmizə tətbiqi və əldə etdiyi nailiyyətlər ,qanunvericilikdə autizm sindromunun yer alması ,RƏHBƏRLİK ARAŞDIRMA MƏRKƏZİNİN (RAM) ölkəmizdə də fəaliyyət göstərməsinin autizm sindromlu uşaqların ilkin reabilitasiya olunaraq cəmiyyətə adaptasiya olunmasında böyük rolundan ,autizm sindromlu övladı olan valideynlərin ,bu sahədə çalışan mütəxəssislərin maarifləndirilməsi yönümündə geniş məlumatlar veriləcək.
Sonra autizmə aid maarifləndirici rolik nümayiş etdirildi.Çixış üçün söz Autizm İctimai Birliyinin Uşaq inkişaf mütəxəssisi -uzun müddət Türkiyədə çalışmış ,orda təhsil almış Elxan Bəy Əliyevə verildi. O autizmli uşaqların reabilitasiyasında erkən diaqnozun və düzgün pedaqoji işin böyük rolu olduğunu dedi.Autizmin xüsusiyyətləri ,erkən müdaxilə .düzgün pedaqoji işin təşkili və reabilitasiya üsulları haqda hazırlanmış materialla tədbir iştirakçılsarını ətraflı tanış etdi.Gözlənilən müsbət nəticələrin əldə edilməsi üçün Rəhbərlik Araşdırma Mərkəzinin (RAM)ölkəmizdə də fəaliyyət göstərməsinin vacib olduğunu vurğuladı.Türkiyədə çalışan Duysal terapiya mütəxəssisi Emel xanım çıxış üçün söz alaraq duysal terapiyanın autizmli uşaqların ilkin reabilitasiyasının əsası olduğu haqda məlumat verdi.Artıq ölkəmizdə də bu sahədə mütəxəssislərin yetişdirdiyini söylədi.Gələcəkdə daha möhkəm əlaqələr quracağını və geniş təcrübələrinin ölkəmizdə tətbiqi sahəsində iri layihələr həyata keçirmək planları olduğunu qeyd etdi.Sonra Ombudsman aparatının nümayəndəsi Müqalib Mahmudov çıxış etdi. O qeyd etdi ki,bu həssas mövzu həmişə aparatın diqqət mərkəzində olmuşdur. Autizm sindromlu uşaqların hüqüqlarının qorunması sahəsində bir sıra işlər görülmüşdür. Çıxış üçün söz digər qonaqlara verilmişdir .Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.