Kəmaləddin Heydərov nazirlə görüşdü

img

02-12-2014 [21:46]


Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda keçirilən "BakuTel - 2014" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, bu sahədə İran İslam Respublikasının müvafiq qurumları ilə əməkdaşlığın perspektivlərindən bəhs edib. O, vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin qarşılıqlı səfərləri və imzalanmış sənədlər ikitərəfli əlaqələrin möhkəmlənməsində yeni mərhələnin əsasını qoymuşdur.

Mahmud Vaezi, öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş, iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb(Ans).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA