Mikayıl Cabbarov daha bir əmr verdi-DƏYİŞİKLİK

img

02-12-2014 [17:53]


Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyinin mərkəzi aparatına və sisteminə daxil olan işçilərin vəzifə nomenklaturasının siyahısı”nda qismən dəyişiklik edilib. Nazirlikdən  verilən xəbərə görə, təsərrüfat işləri üzrə direktor müavini istisna olmaqla respublika tabeli ümumtəhsil məktəbinin (internat, lisey, gimnaziya və s.) direktoru və direktor müavinləri nazirliyinin mərkəzi aparatına və sisteminə daxil olan işçilər hesab edilir.

Dəyişikliyə əsasən, respublika tabeli ümumtəhsil məktəbinin təsərrüfat işləri üzrə direktor müavini ilə əmək münasibətlərinin tənzimlənməsi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçiriləcək.

Əmrin icrasına nəzarət Aparat rəhbərinə Mətin Eynullayevə həvalə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA