02-12-2014 [16:35]
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə 2013-cü ildə elan edilmiş əsas qrant müsabiqəsinin nəticələrini elan edib.
Müsabiqənin keçirilməsi haqqında elan 2013-cü il noyabrın 18-də verilib. Elmin İnkişafı Fondunun icraçı direksiyası qrant iddiaçılarına kömək məqsədilə bir sıra məsləhət seminarları təşkil edib, müraciətlərə cavab verib, ortaya çıxan suallara aydınlıq gətirib.
Qeyd olunan müddət ərzində müsabiqəyə 177 layihə daxil olub və Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilib. 2014-cü il ərzində layihələrin texniki və elmi ekspertizası işi təşkil olunub. Müsabiqə qaydaları və tələblərinə cavab verməyən 11 layihə texniki ekspertiza mərhələsindən keçməyib, 166 layihə isə elmi ekspertiza mərhələsinə buraxılıb. Ekspertiza işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunub.
Hər bir layihə üzrə hazırlanan və statistik məlumatların da daxil olduğu yekun sənədlər toplusuna Fondun Himayədarlar Şurası tərəfindən baxılıb və yekun qərar qəbul edilib.
2013-cü ildə elan edilmiş əsas qrant müsabiqəsi çərçivəsində 2 pilot, 42 fundamental-tətbiqi xarakterli və 2 xüsusi layihə olmaqla cəmi 46 qalib layihə müəyyənləşdirilib və Elmin İnkişafı Fondunun 2014-cü il 1 dekabr tarixli qərarı ilə təsdiq olunub. Müsabiqə üzrə ümumi maliyyələşdirilmənin həcmi 4 500 000 manat (Fundamental-tətbiqi xarakterli layihələr - 2 535000 manat, xüsusi layihələr - 115 000
manat, pilot layihələr - 1 850000 manat) olub.
Qalib layihələr AMEA təşkilatlarında (30), ali təhsil müəssisələrində və digər qurumlarda (16) yerinə yetiriləcək. 2 layihə Naxçıvanda, 1 layihə isə Gəncədə reallaşdırılacaq.
Böyük maliyyə həcmli bir pilot layihəsi üzrə Azərbaycan Respublikasının təbii sərvətləri əsasında yeni dərman vasitələrinin hazırlanması üçün əczaçılıq üzrə müasir elmi tədqiqat laboratoriyasının yaradılması Fond tərəfindən maliyyələşdiriləcək. Digər bir pilot layihə üzrə isə Azərbaycan ərazisində fundamental coğrafi tədqiqatların və Xəzər dənizi ekosisteminin kompleks monitorinqinin həyata keçirilməsinin maddi-texniki bazasının gücləndirilməsi nəzərdə tutulur.
5 layihə beynəlxalq əməkdaşlıq çərçivəsində yerinə yetiriləcək. Onlardan biri elmi - tədqiqat işlərinin kommersiyalaşdırılmasının səmərəliliyinin artırılması məqsədi ilə innovativ texnologiyaların işlənilməsi və tətbiqini nəzərdə tutur. Müsabiqə çərçivəsində "Günəş və Günəş tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havaya qədər” mövzusunda beynəlxalq konfrans təşkil edilərək keçiriləcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi