02-12-2014 [12:52]
Azərbaycan Yazıçılar Birliyinin AYBKİTAB layihəsi əsasında "Təknur” nəşriyyatında işıq üzü görən "Aranın söz sovqatı” adlı almanaxda AYB-nin Mingəçevir bölməsi üzvlərinin əsərləri yer almışdır. Kitabın poeziya, nəsr və publisistika bölümlərində bölgədə yaşayan tanınmış yazarlardan İsmayıl İmanzadə, Böyükkişi Təmkin, Fəxrəddin Əziz, Zümrüd Rəhimova, Nəsib Bayramoğlu, Zahid Qasımlı, Məhyəddin Məhərrəmoğlu, Məmməd Mərzili, Namiq Zaman, Ramiz İsmayılovla yanaşı, istedadlı gənclərdən Səxavət Kəlbəcərli, Ruslan Ələkbərli, Lamiyə, Ülviyyə Məmmədli, Vahid Qafarlı və başqalarının çeşidli janrlarda yazdıqlarıəsərləroxucular tərəfindən razılıqla qarşılanmışdır.
Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadənin redaktorluğu və ön sözü ilə sərgilənən kitabın mingəçevirli ədəbiyyatsevərlərin iştirakı ilə keçirilən təqdimat mərasimində də bu məmnunluq hissi özünü biruzə verməkdə idi.
Tədbirin əvvəlində AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə almanaxdakı otuz dörd nəfər yazarın müxtəlif janrlarda qələmə aldıqları əsərlərdən söz açmaqla, ümümən kitabın bölgənin ədəbi mühiti barədə oxuculara geniş məlumat vermək baxımından önəmli olduğunu da nəzərə çatdırdı.
Təqdimat mərasiminə qonaq qismində qatılan şəhər İcra Hakimiyyətinin nümayəndəsi Rizvan Mikayıllı, "Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, şəhər Bələdiyyəsinin üzvü Zahid Qasımlı, Mingəçevir Turizm Kollecinin direktor müavini Əşrəf Əsgərov, şəhər Polis Şöbəsini əməkdaşı, polis mayoru Vahid Məmmədov,Əmək və Müharibə Veteranları Şurasının sədr müavini Qəşəm İsmayılov və başqaları çıxışlarında bölgədə yaşayan oxuculara söz töhfəsi olan almanaxı yüksək dəyərləndirdilər. Yerli yazarlardan Nəsib Bayramoğlu, Zümrüd Rəhimova, Eyyub Cabbaroğlu, Səxavət Kəlbəcərli və Rahilə Hüseynqızı "Aranın söz sovqatı” kitabının yerli yazarların tanınmasında mühüm rol oynayacağınıvurğulamaqla, qələmə aldıqları yeni əsərlərlərini də oxudular. Kitabın nəşrə hazırlanmasında fəal iştirak edən gənc şair Ruslan Ələkbərliyə AYB Mingəçevir bölməsi tərəfindən təqdim olunan fəxri fərman da hamının ürəyincə oldu. Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının tələbələrindən Nərmin Rəhmanova,İlhamə Rüstəmova, Rusif Maqsudlu, Nərminə Xıdırova və İlahə Hüseynova almanaxda nəşr olunan əsərlərdən nümunələr söylədilər.
Təqdimat mərasimində Aşıq Qoşqar, Aşıq Hikmət, Mingəçevir Politexnik İnstitutunun tələbəsi Ruslan Şahuseynov və şəhərdəki Bülbül adına musiqi məktəbinin şagirdi Fidan Qurbanova ifa etdikləri mahnılarla hamıya unudulmaz anlar bəxş etdilər. Sonda tədbir iştirakçılarına "Aranın söz sovqatı” kitabının xeyli sayda nüsxələri hədiyyə edildi və xatirə şəkilləri çəkildi. Mingəçevirli yazarlarla bərabər oxuculara da xoş ovqat hissi bəxş edən tədbir hamının yaddaşında unudulmaz anlara çevrildi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi