Dövlət idarəsini dayısının bazarına çevirən rəis işdən azad edildi

img

02-12-2014 [12:17]


Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin İmişli rayon stansiyasının rəisi Nizami Məmmədov vəzifəsindən azad edilib.

Bu haqda Avropa.info-ya Azərbaycan Dövlət Dəmir Yolları QSC-dən məlumat daxil olub. Mənbənin dediyinə görə, Nizami Məmmədovun işindən azad olunmasına səbəb, onun dayısı, Nəqliyyat naziri Ziya Məmmədovun tələbə yoldaşı, Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin Xırdalan stansiyasının keçmiş rəisi Fəyyaz Xankişiyevin İmişli rayon Dəmiryolu Stansiyasının ərazisini qum bazarına çevirməsi faktının mediada yayılması olub.

Qeyd edək ki, bir müddət öncə mediada İmişli rayon dəmiryolu stansiyasının rəisi Nizami Məmmədovun dövlət müəssəsinin ərazisini dayısının qum bazarına çevirməsinə dair fotolar yaymışdı.
Azad edilən rəisin yerinə İmran Atakişiyev təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA