Təhsil Nazirliyindən tələbə köçürülmələri ilə bağlı rəsmi reaksiya-QAYDALAR

img

02-12-2014 [10:25]


Təhsil Nazirliyinin informasiya şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu il ərzində həm ölkə daxilindəki universitetlərdən, həm də xarici universitetlərdən köçürülmələr baş tutub.

"2014-cü ildə "Qaydalar”a uyğun olaraq, mülkiyyət formasından asılı olmayaraq ölkə daxilində bir universitetdən digərinə, habelə xarici ölkələrin universitetlərindən Azərbaycanın ali təhsil müəssisələrinə köçürülmələr aparılıb”.

Konkret olaraq hansı universitetdən hansına, eyni zamanda nə qədər tələbənin köçürülməsi ilə bağlı rəqəmlər isə açıqlanmayıb: "Hazırda bir universitetdən digərinə köçürülməAzərbaycan Respublikası Təhsil Nazirliyinin 14 fevral 2014-cü il tarixli 194 nömrəli əmri ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”la tənzimlənir. "Qaydalar” Təhsil Nazirliyinin saytındayerləşdirilib”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA