Paytaxtın əsas yolu açıldı

img

02-12-2014 [11:00]


Paytaxtın Ziya Bünyadov (keçmiş Dərnəgül) prospektində aparılan təmir işləri artıq başa çatıb və yol hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti üçün açıqdır.

Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuatindən məlumat verirlib.
 
Prospektin Əliyar Əliyev və Əhməd Rəcəbli küçələri ilə kəsişmələrində yerləşən köməkçi yollar istinsna olmaqla yolun əsas hissəsində işlər başa çatıb.Həmçinin Əliyar Əliyev küçəsində yerləşən yol ötürücüsündə temperatur tikişləri qoyulur. Yaxın 15 gün ərzində hava şəraiti normal keçərsə, prospekt istismara veriləcək.Hazırda prospektin müəyyən hissələrində son xətləmə və yol nişanlarının qoyulması üzrə işlər aparılır. Bu işlər də yaxın 10-15 gün ərzində tamamlanacaq.
 
Qeyd edək ki, Ziya Bünyadov prospektində təmir işləri Böyükşor yol qovşağından Xutor dairəsinədək 9,2 km uzunluğunda aparılıb. Hərəkət zolaqlarının sayı keçdiyi ərazilərdən asılı olaraq, bəzi yerlərdə 12 (6 gediş, 6 gəliş), digər yerlərdə isə 10-dur (5 gediş, 5 gəliş)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA