Nazirlər Kabineti açıqladı - Bu günlər iş olmayacaq!

img

01-12-2014 [19:32]


Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə dekabrın 31-i və 2015-ci ilin yanvarın 1-dən 4-ə qədər ölkədə iş günü hesab edilmir. Yeni ilin ilk iş günü isə yanvar 5-nə təsadüf edəcək.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən həmçinin bildirilib ki, 2015-ci ildə "Novruz, Ramazan, Qurban bayramları haqqında" Qərar da qəbul edilib. Belə ki, Novruz bayramı 2015-ci ilin 20, 21, 22, 23, 24 mart tarixlərində qeyd ediləcək.

Qafqaz Müsəlmanlar İdarəsinin məlumatına görə, isə ölkədə iyulun 17-18-i Ramazan bayramı, sentyabr 24-25-i isə Qurban bayramıdır.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir(Simsar.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA