“Gənclərin Sağlamlıq Forumu” keçirilib - FOTO

img

01-12-2014 [18:56]


Bu gün "Four Seasons” otelində Nərimanov Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi, Gənclər üçün Təhsil Mərkəzi və "Sağlam Ailə” Tibb Mərkəzi tərəfindən "Gənclərin Sağlamlıq Forumu” keçirilib.


Gənclərin 1-ci Sağlamlıq Forumunun keçirilməsində məqsəd gənclərin sağlam ruhda böyüməsi, onların asudə vaxtlarının dəyərləndirilməsi, idmana və digər yararlı vərdişlərə cəlb edilməsi, həmçinin "1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü”nün qeyd edilməsi olunub.


Тədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-Siyasi Məsələlər Şöbəsinin məsul işçisi Vüqar Səlimov,  Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Nazirlər Kabinetinin Hərbi və İnzibati Orqanlarla İş Şöbəsinin müdiri Ceyhun Qurbanov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov,  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinini Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Natiq Zülfüqarov, Azərbaycan Talassemiya Fedrasiyasının direktoru Nailə Quliyeva, "Sağlam Ailə” Tibb Mərkəzinin baş direktoru Vüqar Eyvazov, 30 ən fəal gənclər təşkilatlarının rəhbərləri, müstəqil təhsil və səhiyyə ekspertləri,  KİV nümayəndələri və Nərimanov rayonunda yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin fəal gəncləri iştirak ediblər.


Forumda  çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Prezident Administrasiyasının İctimai-Siyasi Məsələlər Şöbəsinin məsul işçisi Vüqar Səlimov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, "Gənclər üçün Təhsil Mərkəzinin” icraçı direktoru Fəxrəddin Həsənzadə, "Sağlam Ailə” Tibb Mərkəzinin direktor müavini Nigar Rüstəmli və digər natiqlər gənclərin idmana cəlb edilməsi və sağlam ruhda böyüməsi istiqamətində ğörülən işlərdən məlumat vermiş, Forumun işinə uğurlar arzulayıblar. 


Rəsmi hissə başa çatdıqdan sonra gənclər üçün "Sağlam Ailə” Tibb Mərkəzinin baş direktoru Vüqar Eyvazovun və Azərbaycan Talassemiya Federasiyasının direktoru Nailə Quliyevanın rəhbərliyi ilə təlimlər keçirilib.







Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA