Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq etdi

img

01-12-2014 [14:21]


Bakıda və Abşeron yarımadasında dekabrın 2-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən MİA-ya daxil olan məlumata görə, havanın temperaturunun gecə və gündüz 4-6 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 778 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 2-də havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-4, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin dəyişməsi, şimal küləyinin güclənməsi, eyni zamanda soyuq diskomfort hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA