Azərbaycanın milyarder-məmurun qızının çantası fantastik qiymətə satıldı

img

01-12-2014 [12:12]


Azərbaycanlı modelyer, ölkənin baş bankiri Elman Rüstəmovun qızı Günel Rüstəmovanın dizayn etdiyi çanta Londonda hərraca çıxarılıb.

"Qafqazinfo”nun xəbərinə görə, adı açıqlanmayan alıcı çanta üçün nə az, nə çox 10 min 200 avro ödəyib. Dəridən hazırlanan və üzərində məşhur siyasətçi Con Lanqdonun ambiqramı əks olunan çanta Günel Rüstəmovanın "33 by Gyunel” aksessuar kolleksiyasına daxildir. Satışlardan əldə olunan gəlir Böyük Britaniyanın Kar uşaqların ictimai təşkilatı və Azərbaycanın "Uşaqların xoşbəxt gələcəyi” ictimai birliyinin hesabına köçürüləcək.

Qeyd edək ki, Günel Rüstəmova Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə ilə evlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA