Daha bir prokuror cəzalandırıldı - Əmr

img

01-12-2014 [10:42]


Bakının Nizami Rayon Prokurorunun müavini Mehman Xankişiyev işində yol verdiyi nöqsanlara görə cəzalandırılıb.

 Bu barədə "Report.az" saytına hüquq-mühafizə orqanlarından məlumat verilib. M. Xankişiyevə istintaq araşdırmaları zamanı etdiyi qanun pozuntularına görə töhmət elan olunub.  

Qeyd edək ki, M.Xankişiyev Nizami Rayon Prokurorunun müavini təyin olunana qədər Abşeron Rayon Prokuroroluğunda müstəntiq və Bakı şəhər Prokurorluğunda Dövlət İttihamının Müdafiəsi Üzrə Şöbəsinin prokuroru vəzifəsində işləyib.

Onun atası Nizami Xankişiyev isə uzun illər Bakının müxtəlif instansiya məhkəmələrində hakim işləyib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA