Paytaxtda daha bir əsas yol bağlandı - FOTOLAR

img

01-12-2014 [10:36]


Paytaxtda daha bir yolda təmir işlərinə başlanılıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə bildirilib. 

Məlumata əsasən, Badamdar şossesinin Badamdar dairəsindən İzzət Nəbiyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Yolun digər hərəkət hissəsində nəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təşkil edilib. 

Təmir işlərinin həftə ərzində (6 gün) yekunlaşdırılması planlaşdırılır.

Xatırladaq ki, bu gün Moskva prospektində (20 Yanvar dairəsindən Şamaxı yolu (Şamaxinka) istiqamətinə) aparılan təmir işləri yekunlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub(Anspress).






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA