Ermənilər cəbhəboyu fəallaşıblar - bu gecə gərginlik olub

img

01-12-2014 [10:16]


Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 90 dəfə pozulub.

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Bala Cəfərli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Kəngərli, Yusifcanlı, Novruzlu, Şıxlar, Şuraabad, Mərzili, Baş Qərvənd, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 

Düşmən cavab atəşi ilə susdurulub

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA