Ramil Usubov 2-si qız olmaqla 133 nəfərlə bağlı qərar verdi

img

29-11-2014 [15:37]


Daxili işlər nazir Ramil Usubov bu gün Sumqayıt şəhərində vətəndaşları qəbul edib. 

Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, növbəti qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilib. 

Şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan sakinlərini, eyni zamanda, Qubadlı və Zəngilan rayonlarından olan bir qrup məcburi köçkünü qəbul edən nazir müraciətləri dinləyib, onları narahat edən problemlərin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib. Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb, digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.

Bununla yanaşı, kütləvi informasiya vasitələrində öncədən verilmiş elana uyğun olaraq, həmin rayonlar üzrə polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 133 nəfər də qəbulda iştirak edib. Daxili işlər naziri onların arasından xidmətə yararlı olan gənclərin, o cümlədən 2 qızın sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə tapşırıq verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA