Ramil Usubov əmr verdi, dəyişiklik oldu - Təyinatlar

img

29-11-2014 [14:21]


Azərbaycanın daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Mia.az "Report"a istinadən xəbər verir ki, nazir general-polkovnik Ramil Usubovun əmri ilə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi, polis polkovnik-leytenantı Ədalət Əliyev vəzifəsindən çıxarılıb. Nazirin digər bir əmri ilə Ə.Əliyev Nizami RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı təsdiq edib.

Qeyd edək ki, bir neçə gün əvvəl müvafiq əmrlə Nizami RPİ-nin keçmiş rəis müavini İzzət Əsgərov Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA