AMEA İqtisadiyyat İnstitutunda Əli Nuriyevin yubileyi keçirilib

img

29-11-2014 [12:29]




Noyabrın 28-də AMEA İqtisadiyyat İnstitutunda AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Əli Xudu oğlu Nuriyevin anadan olmasının 75, elmi pedaqoji fəaliyyətinin 50 illiyi münasibətilə yubiley konfransı keçirilib. Konfransa AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, akademik Teymur Kərimli, Azərbaycanın tanınmış iqtisadçı alimləri, millət vəkilləri, ali məktəb müəllimləri, elmi işçilər qatılıblar.
Konfransda i.e.d., professor İsa Alıyev Əli Nuriyevin keçdiyi çətin və şərəfli həyat yolundan, təhsil aldığı dövrdən söz açıb, onun elmdə öz yolunun olduğunu qeyd edib. Daha sonra akademik Ziyad Səmədzadə, i.e.d., professor Şəmsəddin Hacıyev, AMEA-nın müxbir üzvü, i.e.d., professor Şahbaz Muradov, professorlar Sabir Cümşüdov, Müşfiq Atakişiyev, Bəyalı Ataşov, Rəna Sultanova və başqaları çıxış edərək yubliyarın insani keyfiyyətlərini, elmi-pedaqoji fəaliyyətini çox yüksək qiymətləndiriblər. Natiqlər onun həm də gözəl ailə başçısı, sadə, zəhmətkeş, təmiz, saf bir insan olduğunu vurğulayıblar, sağlam əqidəli alim kimi xarakterizə ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA