Əlillərlə bağlı yeni qanun layihəsi hazırlanır

img

28-11-2014 [17:43]


Azərbaycanda "Əlilliyin qarşısının alınması, əlillərin sosial reabilitasiyası və sosial müdafiə haqqında" yeni qanun layihəsi hazırlanması planlaşdırılır. Modern.az saytının məlumatına görə bu barədə jurnalistlərə Milli Məclisin Sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli məlumat verib. Onu sözlərinə görə  bu istiqamətdə ictimai dinləmələrin keçirilməsi də  nəzərdə tutulur. 

Milli Məclis üzvü bildirib ki,  ilkin olaraq bu yöndə müvafiq qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin hazırlanması qərara alınsa da, sonradan tam yeni qanun layihəsinin işlənib hazırlanması məqsədəuyğun sayılıb:

"Əgər mövcud qanuna dəyişikliklərlə bağlı qanun layihəsini hazırlasaq, bütün məsələləri orada əhatə edə bilməyəcəyik, ona görə də bu yöndə tam yeni bir qanun layihəsi üzərində işləməyi nəzərdə tuturuq”. 

Komitə sədri onu da bildirib ki, bununla bağlı Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq işlər həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA