27-11-2014 [14:53]
"İlkin olaraq 50 ədəd yeni avtobus Azərbaycana gətirilib. Hazırda onlar texniki baxış mərhələsindədir. Yoxlanışlar tamamlandıqdan sonra avtobuslar ictimaiyyətə təqdim olunacaq və marşrut xətlərinə buraxılacaq”.
Bu barədə Modern.az saytına Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov məlumat verib.
Onun sözlərinə görə daha 250 avtobus və 500 "London taksisi”nin gətirilməsi də nəzərdə tutulub: "Ümumilikdə Avropa Oyunlarına qədər 300 ədəd orta tutumlu avtobusun gətirilməsi planlaşdırılır. Daha sonra isə ehtiyac olarsa, hətta gətiriləcək avtobusların sayı 600-ə qədər çatdırıla bilər. Hazırda bununla bağlı danışıqlar aparılır”.
Nəqliyyat Nazirliyi bir müddət əvvəl avtobus sürücülərinə vahid geyim forması paylandığını desə də, sərnişin olaraq həmin geyimlərdə sürücü görməmişik.
Nazirlik rəsmisi bunu belə izah edib: "Qeyd olunan məsələlər hamısı bir-birilə bağlıdır. Bir hissəyə geyimlər paylansa da, tam olaraq hamı vahid geyimə keçəməyib. Çünki, bunu da avtobusların tam olaraq gətirilməsindən sonraya saxlamışıq. İstəyirik ki, mərhələli şəkildə yox, tam hazırlıqlı şəkildə formaya keçilsin. Ona görə də geyim məsələsi bir qədər geridə qalıb. Amma sərnişinlərimiz yeni ildən bütün avtobus sürücülərini yeni formada görə biləcəklər”.
N. Həsənov qarşıdakı ilin mart ayından etibarən nəğd ödəniş sisteminin ləğv olunacağını vurğulayıb: "2015-ci ilin martın 1-ə qədər isə kart sisteminə keçilməsi nəzərdə tutulub. Həmin vaxt nəğd ödəniş ləğv olunacaq. Vətəndaşlar əldə etdikləri avtobus kartları, həmçinin "master” və "viza”tipli kartlardan da gediş yükləmək üçün istifadə edilə biləcək. Sərnişinlər kartlarına metro çıxışlarında, dayanacaqlarda, dəmiryolu vağzalında, avtovağzalda, köşklərdə quraşdırılmış turnuketlərdə gediş yükləyə biləcəklər”.
N.Həsənov avtobus kartlarının metropolitenə transformasiyası barədə söhbətlər getdiyini də diqqətə çatdırıb: "Avtobus üçün nəzərdə tutulan kartların gələcəkdə digər ictimai nəqliyyat növləri üçün də isitifadə ediləcəyi istisna edilmir. Məsələ hələ ki, müzakirə mərhələsindədir”.
500 ədəd "London taksisi”nin yaxın vaxtlarda Bakıya gətirilməsi planlaşdırılır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi